Sizlərə yeni Manuan qrupunu təqdim edirik. Hazırda qrup ilk sinqlını yazıb və yeni material üzərində çalışırlar. Həmçinin qrupun planlarına klip çəkilişi də daxildir. Sinqlı dinlədikdə belə nəticəyə gəlmək olar ki, musiqiçilər müasir, yüngül indi/soft rok ifa edəcəklər. Bu bizi sevindirməyə bilməz. Məhz belə musiqi bizdə yoxdur.

ardını oxuyun  20 May 2014

3,14... qrupu dinləyiciləri ilə yeni sinql bölüşüb! "Sükut dəqiqəsi" adlanan mahnı qrupun bu ilin yayında işıq üzü görəcək albomuna daxil ediləcək. 

ardını oxuyun  19 May 2014

Sumqayıtın heavy-metal komandası Sirr Şamdan mahnsına çəkilmiş yeni klipi təqdim edir. Üçdəqiqəlik animasiya çarxı üzərində gitaraçı Orxan Culfa işləyib.

ardını oxuyun  05 May 2014

Sizlərə Altun Zeynalovun debüt videosunu təqdim edirik. Bu, Apar Meni Uzaqlara mahnısına yeni videoklipdir. Mahnı 2013-cü ildə yazılıb. Qeyd edək ki, video üzərində işlərin demək olar ki, hamısını Altun Zeynalov özü yerinə yetirib.

ardını oxuyun  21 Aprel 2014

Rok musiqiçi Milan Məmmədovun rəsmi YouTube kanalında yeni mahnısına çəkilmiş video rolik təqdim edilib. "Məni Sənə Bağlar" mahnısına çəkilmiş musiqili video. Video üzərində operator Şahin Mürşüdlü və montajçı Vidadi Paşayev işləyib. Klipin qəhrəmanı 2013-cü ildə Miss Fotomodel seçilmiş Sevil Qurbanovadır.

ardını oxuyun  21 Aprel 2014

Sumqayıtın “Bəndə” qrupunun “Bağışla” mahnısının klip çəkilişləri başa çatdı. Mahnı təxminən 1999-cu ildə, sözləri isə 2003-cü ildə yazılıb. Sözlər doğma adamı itirmək ağrısı, üz verən itkidən sonrakı köməksizlik və çarəsizlik hislərinin təsiri altında yazılıb. 

ardını oxuyun  16 Sentyabr 2013

Rok-n-roll şəhəri Sumqayıtdan xəbərlər var! Sirr qrupu yenilənmiş heyətlə fəaliyyətinə davam edir. Hal-hazırda qrup bir neçə trek yazdırıb ki, onlar da tezliklə işıq üzü görəcəklər. Həmçinin kompozisiyaların birinin klip çəkilişləri başa çatıb və yerli TV kanallarında klipin nümayiş etdirilməsi planlaşdırılır.

ardını oxuyun  26 Dekabr 2011