Rok-n-roll şəhəri Sumqayıtdan xəbərlər var!

Rok-n-roll şəhəri Sumqayıtdan xəbərlər var! Sirr qrupu yenilənmiş heyətlə fəaliyyətinə davam edir. Hal-hazırda qrup bir neçə trek yazdırıb ki, onlar da tezliklə işıq üzü görəcəklər. Həmçinin kompozisiyaların birinin klip çəkilişləri başa çatıb və yerli TV kanallarında klipin nümayiş etdirilməsi planlaşdırılır. Musiqiçilər gələn ilin əvvəlində tam albom çıxarmağı və Bakıda böyük konsert proqramı ilə çıxış etməyi planlaşdırırlar. Qrupun musiqisində dəyişikliklər edilib, ikinci gitaraçının iştirakı ilə səs bir qədər dolğunlaşıb. İndi ənənəvi hevi səslənməyə spid və paver metal kimi əlavələr etmək olar.

 

Hazırda Sirr qrupunun tərkibi belədir:

Oktay Abdullayev –vokal

Anar Əliyev –gitara

Orxan Culfa –gitara

İbrahim Emin –bas-gitara

Cahangir Ağayev –zərb aləti

xəbər arxivi 26 Dekabr 2011