Yeni indi-layihə Manuandan sinql

Sizlərə yeni Manuan qrupunu təqdim edirik. Hazırda qrup ilk sinqlını yazıb və yeni material üzərində çalışırlar. Həmçinin qrupun planlarına klip çəkilişi də daxildir. Sinqlı dinlədikdə belə nəticəyə gəlmək olar ki, musiqiçilər müasir, yüngül indi/soft rok ifa edəcəklər. Bu bizi sevindirməyə bilməz. Məhz belə musiqi bizdə yoxdur. 

Hal-hazırda qrupun iki daimi üzvü var - vokala cavabdeh olan Elçin Hüseynov və bütün musiqi hissəsinə cavabdeh olan Orxan Bağırov. Elçin hazırda Milan opera akademiyasında oxuyur, Orxan isə Kiyevdə müasir elektron musiqi məktəbini bitirib.

Beləliklə, sizə Manuan-ın - Inside Your Soul, 2014 sinqlını dinləməyi təklif edirik. Uşaqlara isə öz növbəsində uğurlar, keyfiyyətli musiqilər arzulayırıq. Onları Bakıda canlı olaraq dinləyəcəyimizə ümid edirik!

xəbər arxivi 20 May 2014