
Videoklipin çəkilişləri 1993 –cü ilin qışında Zabitlər Evində qrupun “Rok –Oko” rok festivalında çıxışından əvvəl saundçekdə çəkilmişdir. Festivalın təşkilatçısı o vaxt hələ gənc ANS telekompaniyası idi və klipin operator və montaj rejissoru elə həmin telekanalın işçiləri (Şakir Eminbəyli, Azər Qarayev, Asif Bağırov) idi. Klip 1993 –cü ildən 1998 –ci ilə qədər ANS TV–də nümayiş olunmuşdur.
Əziz dostlar, ColDünya qrupunun vokalisti –Teymur Nadirin solo layihəsinin ilk nümunəsi “Kəpənək” mahnısının videosunu diqqətinizə çatdırırıq. Vokalist qeyd edir ki, solo layihə heç də qrupun onun üçün artıq vacib rol oynamaması demək deyil.
Musiqiçilər Sadnos qrupundan getdikdən sonra, Aleksandr Qonçarova gürcü kolleqalarından və dostları – hevi metal komandasının kollektivi, "Heavy Cross" qrupundan təklif gəldi. Əvvəlcə Tiflisdə Dionun xatirəsinə həsr olunmuş trebüt -konsertdə birgə çıxış planlanlaşdırılmışdı, lakin konsert təxirə salındı və iştirakçılar bir konsertlə kifayətlənməmək qərarına gəldilər. Həmçinin “İntriqaçı” adlanan bu layihədə Aleksandrın şagirdi və “Pro'N'Con” Bakı qrupunun üzvü gitaraçı Anar iştirak edir.
“Moebius Film” (“Kinematoqraf”) və “Viva Vivaldi" mahnılarının yaranma tarixi və “reinkarnasiya”sı haqqında qrupun liderlərindən və yaradıcılarından biri, məşhur Bakı musiqiçisi Pavel Bulak (SADFAT) danışır.
Bir çox azərbaycanlı, rok musiqini sevənlər artıq neçə ildir ki, iddia edirlər ki, azrok deyilən bir anlayış yoxdur. İtaətkar xidmətçiniz Bakı və Sumqayıt üzrə bir çox qrupların yaradıcılıqlarını təhlil etdi və belə nəticəyə gəldi ki, bizdə yaxşı səviyyədə alternativrok, dum –metal, proqressiv –metal mövcuddur. Bir çoxqruplar blek –metal və dez -metal ifa etməyə çalışırlar. Lakin onların bacarıqlarının səviyyəsini müzakirə etmək gücündə deyiləm. Daha yüngül musiqi ifa edən bir neçə qrup qalır. Bəziləri popsayağı rok, bəziləri klassik hevi –metal ifa edirlər. Amma bəziləri –səpələnmiş, bəzən də miili Azərbaycan motivləri əsasında. Bunlar Yuxu, Coldunya və Milan – sözügedən janrı üzərində saxlayan üç kitdir.

