
Videoklipin çəkilişləri 1993 –cü ilin qışında Zabitlər Evində qrupun “Rok –Oko” rok festivalında çıxışından əvvəl saundçekdə çəkilmişdir. Festivalın təşkilatçısı o vaxt hələ gənc ANS telekompaniyası idi və klipin operator və montaj rejissoru elə həmin telekanalın işçiləri (Şakir Eminbəyli, Azər Qarayev, Asif Bağırov) idi. Klip 1993 –cü ildən 1998 –ci ilə qədər ANS TV–də nümayiş olunmuşdur.

20 iyul Azərbaycan səhnəsi ağır itki verib. Gənc, lakin çoxları tərəfindən sevilən, ekstremal Death is Just The Beginning qrupunun iştirakçılarından biri – basist Emin Əhmədov faciəli şəkildə həlak olub. Çoxları onu gülərüzlü və maraqlı insan kimi tanıyır və sadəcə Cim deyə çağırırdılar. Eminin cəmi 22 yaşı vardı. RockZone komandası və administrasiyası onun qrupdan olan yoldaşlarına, həmçinin yaxınlarına və dostlarına öz hüzn və başsağlığını bildir. Allah rəhmət eləsin!

