
Videoklipin çəkilişləri 1993 –cü ilin qışında Zabitlər Evində qrupun “Rok –Oko” rok festivalında çıxışından əvvəl saundçekdə çəkilmişdir. Festivalın təşkilatçısı o vaxt hələ gənc ANS telekompaniyası idi və klipin operator və montaj rejissoru elə həmin telekanalın işçiləri (Şakir Eminbəyli, Azər Qarayev, Asif Bağırov) idi. Klip 1993 –cü ildən 1998 –ci ilə qədər ANS TV–də nümayiş olunmuşdur.
“Moebius Film” (“Kinematoqraf”) və “Viva Vivaldi" mahnılarının yaranma tarixi və “reinkarnasiya”sı haqqında qrupun liderlərindən və yaradıcılarından biri, məşhur Bakı musiqiçisi Pavel Bulak (SADFAT) danışır.
Bir çox azərbaycanlı, rok musiqini sevənlər artıq neçə ildir ki, iddia edirlər ki, azrok deyilən bir anlayış yoxdur. İtaətkar xidmətçiniz Bakı və Sumqayıt üzrə bir çox qrupların yaradıcılıqlarını təhlil etdi və belə nəticəyə gəldi ki, bizdə yaxşı səviyyədə alternativrok, dum –metal, proqressiv –metal mövcuddur. Bir çoxqruplar blek –metal və dez -metal ifa etməyə çalışırlar. Lakin onların bacarıqlarının səviyyəsini müzakirə etmək gücündə deyiləm. Daha yüngül musiqi ifa edən bir neçə qrup qalır. Bəziləri popsayağı rok, bəziləri klassik hevi –metal ifa edirlər. Amma bəziləri –səpələnmiş, bəzən də miili Azərbaycan motivləri əsasında. Bunlar Yuxu, Coldunya və Milan – sözügedən janrı üzərində saxlayan üç kitdir.
Nurlan Kərimov: "Bu gün Azərbaycan rokunda elə ifaçılar var ki, azərbaycan dilini bilmirlər. Başqa dillərdə bir şey əzbərləyib, oxuyurlar". "Ozan" rok qrupunun yaradıcısı Nurlan Kərimovun eksklüziv müsahibəsi. Son zamanlar Azərbaycanda rok musiqisi sürətlə inkişaf edir. Yeni-yeni rok qruplar yaranır. Bu qruplardan biri də "Ozan"-dır. İstedadlı gənclərdən ibarət "Ozan" yarandığı qısa zaman ərzində paytaxt sakinlərinin sevgisini qazana bilib. Bunu nəzərə alaraq "Ozan" qrupunun yaradıcısı Nurlan Kərimovla müsahibə etməyi qərara aldıq.
Onlar “Qızıl Payız-89” festivalının kəşfi olmuşlar.Onda mən öz “FED”imlə səhnənin qarşısında oturub hamını sırayla çəkirdim.Hələ konsertin başlamasından əvvəl publika arasında belə bir şayə gəzirdi ki “Bez Qrima” qrupundan olan Yaşar Baxışov Sumqayıt şəhərindən super gitarçısı olan bir qrup tapıb.Və həqiqətən də “Yuxu” səhnəyə çıxıb alətlərini nizamlayarkən burada şnurlara bağlı nəisə aydınlaşdıran Yaşar Baxış da peyda oldu.Hətta belə bir fikir ağıla girdi ki “Yenidən yəqin növbəti bir hard rokdu.Görəsən nəyə görə Yaşa onlara sanki bir dayə kimi yanaşır?”.
Bir çoxları Azərbaycan Rock musiqisinin mövculuğundan xəbəri belə yoxdu.Lakin bu fikirləri indiki zamana nisbətən aid etmək olar. Artıq Azərbaycanda Rock musiqisi yaradılır, sevilir və bir çox gənclər maraqlanır. Azərbaycanda Rock musiqinin ən inkişafının yüksək zirvəsinə çatması 1966-cı ildən 1975 ci illərə təsadüf edir. O zamanlar gənclər qerb rock musiqisini radio dalğalardan tutaraq dinləyirdilər. Daha çox keyfiyyətli musiqi dinləmək istəyən gənclər Led Zeppelin, Beatles, Animals kimi qruplara qulaq asırdılar. Universitetlərdə, mədəniyyət evlərində, məkbətlərdə rock qrupları yaradılırdı. Əlbəttə ki o zaman nə internet, nə də TV var idi.

